Moskva yaxın zamanlarda Rusiyanın Ermənistandakı səfiri İvan Volınkini də istefaya göndərəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Joxovurd” qəzeti yayıb. Qəzetin iddiasına görə, martın 22-də Volınkinin Ermənistanda səfir olmasının 5 ili tamam olacaq və o, böyük ehtimalla istefaya göndəriləcək:“Beləliklə, 4 ay sonra Ermənistanda yeni rus səfiri olacaq. Hələlik isə bu vəzifəyə kimin namizəd olacağı bilinmir”.