“Türkiyə 2 gün ərzində Suriyaya qoşun yeridəcək”.
Axar.az xəbər verir ki, bu iddia ilə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Baş katibi Gürsəl Təkin çıxış edib. O bu barədə məlumatı çox güclü qaynaqdan aldığını bildirib:“Türkiyə bu gecə, ya da sabah Suriyaya qoşun yeridəcək və hərbi əməliyyatlara qoşulacaq. Bu məlumatı çox güclü qaynaqdan almışam. Həmin qaynaq daha öncə də əsgərlərimizin Suriyadakı Süleyman Şah türbəsində İŞİD-in mühasirəsində olduğunu demişdi. Buradan Baş nazir Əhməd Davudoğluna səslənirəm. Əgər belə bir şey yoxdursa, ictimaiyyətə açıqlama verin”.