Kataloniyadan yeni həmlə

Kataloniyadan yeni həmlə backend

Kataloniyanın müstəqilliyinin 20 minə yaxın tərəfdarı dekabrın 7-də Brüsseldə İspaniyada həbsdə olan liderlərinin azadlığa buraxılması üçün aksiya keçirməyə hazırlaşırlar.

Axar.az xəbər verir ki, aksiyanın sülh şəraitində keçiriləcəyi, əsas şüarın isə “Oyan Avropa! Demokratiyanı bərqərar edək!” olacağı vəd olunub.

Hazırda Kataloniyanın keçmiş başçısı Belçikadadır və onun əleyhinə cinayət işi açılıb. Rəsmi Madrid Brüsselə Karles Puçdemonu tutmaq üçün order göndərsə də, qısa sürən məhkəmədən sonra Kataloniya lideri nəinki azadlığa buraxılıb, ona hətta siyasi fəaliyyətlə məşğul olmaq icazəsi də verilib.