İngilis əsilli Tanya Georqles 10 il əvvəl İŞİD-in idarə heyətinin üzvlərindən biri olan Con Georqles ilə ailə quraraq Suriyaya gedib.
Publika.az xəbər verir ki, o, dəstə üzvləri içərisində sevilən xanımlardan olub. Deyir ki, ilk əvvəl hər şeyin yaxşı olacağını düşünsə də, hər gecə silah səsləri, partlayışlar onu dəli etməyə başlayıb:“17 yaşında ailə qurmuşdum. Yoldaşımın təkidi ilə dinə uyğun şəkildə yaşamağa başlamışdım. Baş örtüsü, müəyyən qaydalar və s. Əvvəl yaşadığım yerdə o qədər də əxlaqlı həyat tərzi keçirdiyimi deyə bilmərəm. 2013-cü ildə Suriyaya köçdük. Ona görə istəmirdim ki, yoldaşımın Suriyada dostları məni “əxlaqsız Tanya” kimi tanısınlar. Yoldaşım çox ağıllı, intellektual adam idi və mənim ona aşiq olmağımın ilk səbəblərindən biri də bu olub.”
Tanya 3 uşağının şahid olduğu hadisələrdən dolayı peşmanlıq duyduğunu bildirib: “Mən onun üstünə bıçaq çəkib uşaqlarımı bu yola qatmamasını dedim. Artıq 4-cü uşağıma hamilə idim və bizim ailəmiz dağılmaq üzrə idi. Ondan uşaqlarımı və məni buradan çıxarmasını tələb etdim. Amma o. bizimlə gəlmədi. Son dəfə 1 il əvvəl mesaj yazaraq məndən və uşaqlarında üzr istədi. Onları müsəlman olaraq böyütməyimi istədi və 6 aydan sonra zəng etməzsə, ölmüş ola biləcəyini dedi”.
İŞİD-in “First Lady”-si olmaq istəməyən qadın peşmanlıq hissi keçirdiyini, cəmiyyətdə özünə və övladlarına yaxşı şərait qura bilmək üçün öz üzərində çalışdığını deyib. Tanya özü kimi olan digər qadınlara dəstək olmaq üçün xüsusi qrup yaratdığını da deyib.