İraq parçalanır - Bərzani müstəqillikdən danışdı

İraq parçalanır - Bərzani müstəqillikdən danışdı backend

ABŞ səfərini davam etdirən İraq Kürd Regional Rəhbərliyinin (İKBY) sədri Məsud Bərzani müstəqil Kürdüstan yaradılacağını açıqlayıb.

Axar.az xəbər verir ki, Bərzani müstəqillik referendumunun İŞİD-ə qarşı həyata keçirilən mübarizə tədbirləri səbəbindən ertələndiyini bildirərək yaxın zamanlarda işə başlayacaqlarını deyib:

“Gələn il, yaxud nə vaxt olacaq bilmirəm. Amma qətiliklə onu deyə bilərəm ki, müstəqil Kürdüstan gəlir”.

Vaşinqtonda Ağ Ev rəhbəri Barak Obama ilə görüşdən sonra bu fikirləri səsləndirən kürd lider hər bir xalq kimi kürdlərin də öz aqibətini təyin etmək kimi ali hüquqa malik olduğunu deyib. Analitiklər Bərzaninin ABŞ-a müstəqil dövlət yaratmaq üçün “icazə” almaq məqsədilə getdiyini bildirir. Yaxın Şərqdə böyük təsir gücünə malik olan Vaşinqtonun nədənsə bu dəfə Bərzaniyə “Hə” dediyi iddia olunur. Okeanın o tayından müstəqillik ideaları səsləndirən Bərzaninin ölkəyə dönər-dönməz referendum keçirəcəyi qaçılmazdır.
Diaspora