Prezident Rəcəb Tayyib Ərdoğanın 9 May Qələbə Günü münasibətilə Moskvaya getməməsi ilə bağlı Kremldən açıqlama gəlib.
Qaziler.az ATV.az-a istinadən bildirir ki, bildirir ki, Rusiya prezidenti köməkçisi Yuri Uşakov Ərdoğanın tədbirlərə qatılmaq istəməməyinin səbəbini bilmədiklərini deyib. Ərdoğanın Sovet ordusunun faşist qüvvələrini məğlubiyyətə uğratmasının 70-ci ildönümü münasibətilə Moskvada keçiriləcək mərasimdə qatılmayacağı bildirilmişdi.İnterfax-ın məlumatına görə, Türkiyənin Moskvadakı səfirliyinin mətbuat xidməti mərasimlərdə Türkiyəni səfir Ümid Yardımın təmsil edəcəyini qeyd etmişdi.