Ərini döyən “dünyanın ən seksual qadını”nı bir ilədək həbs gözləyir

Ərini döyən “dünyanın ən seksual qadını”nı bir ilədək həbs gözləyir backend

2011-ci ildə ən seksual qadın seçilmiş amerikalı aktrisa və müğənni Naya Rivera əri Rayana Dorsini döydüyünə görə polisə düşüb.

Qaziler.az xarici mətbuata istinadən xəbər verir ki, Dorsinin sözlərinə görə, 30 yaşlı aktrisa oğlunu gəzintiyə çıxararkən əri ilə mübahisə edib. Cütlüyün arasındakı mübahisə daha sonra davaya çevrilib və Naya həyat yoldaşının başına, üzünə zərbələr endirməyə başlayıb. Dorsi baş verənləri videoya çəkib, polisə təqdim edib və beləliklə Nayanı polis saxlayıb.

1000 dollar müqabilində hələlik sərbəst buraxılan aktrisanın məhkəməsi olacaq. Məhkəmə Riveranı günahkar bilərsə, onu bir ilədək həbs gözləyir.