ABŞ Prezidenti Barak Obama İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani ilə Ağ Evdə görüşü zamanı onun “Kürdüstan bölgəsinin” müstəqilliyinə dəstək tələbinə müsbət cavab verməyib.
Axar.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Co Baydenin də iştirak etdiyi görüşdə daha çox İŞİD-lə mübarizə yolları müzakirə edilib.Obama və Bayden ABŞ-ın kürd bölgəsinə və xalqına dəstək verdiklərini yenidən təkrar edərək Peşmərgənin İŞİD-lə mübarizəsini tərifləyiblər. Amma müstəqillik mövzusunda kürdlərə dəstək verməyən Obama belə deyib: “İraq Konstitusiyasında nəzərdə tutulduğu kimi birləşmiş, federal və demokratik İraqa dəstək veririk”.