Ermənistanın Avrasiya İttifaqına üzvlüyü ucbatından ilkin ehtiyac üçün olan 900 növ məhsul bahalaşır.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı Yelk Blokundan olan deputat Edmon Marukyan söyləyib.“Ermənistanın Avrasiya İttifaqına üzvlüyü bizim üçüncü ölkələrlə iqtisadi əməkdaşlığımızı məhdudlaşdırır. Bu, həmçinin, bizim Gürcüstan və İran kimi qonşularımızlarla da münasibətlərimizə mane olur”, – deyə o bildirib.
Onun sözlərinə görə, Avrasiya İttifaqı üzvləri Qarabağ konfliktinin həllinə heç bir yardım göstərmirlər:
“Bu ölkələrdən bəziləri Azərbaycanı açıq şəkildə müdafiə edirlər. Ermənistan Rusiyanın hərbi müttəfiqidir, amma Moskva Azərbaycanı silahla təmin edir. Azərbaycan ordusunun hücum silahlarından 85%-i Rusiyaya məxsusdur”.