Almaniyada 80 ilin svastikası belə dağıdıldı-Fotolar

Almaniyada 80 ilin svastikası belə dağıdıldı-Fotolar backend

Şəhər bələdiyyəsi nasistlərə aid svastikanın dağıdılması ilə bağlı göstəriş verib. Çox keçməyib ki, cəmi 39 dəqiqəyə Hitlerin 80 illik xatirəsi dağıdılaraq məhv edilib.

Məlumat üçün bildirək ki , svastika ən qədim, ən çox yayılmış qrafik simvollardan biridir. Svastika simvoluna arxeoloji qazıntılar zamanı tapılmış qədim əşyaların üzərində, qədim xalçaların üzərində də müşahidə olunur.

II Dünya Müharibəsinə qədər svastika simvolundan dünyanın bir sıra ölkələrində istifadə olunurdu. Sonuncu rus imperatoru II Nikolayın avtomobilinin və 1917-ci ildə Rusiyada “Müvəqqəti hökümət”in rəhbəri Kerenskinin hakimiyyəti dövründə dövriyyəyə buraxılan 250 manatlıq pul əskinazlarının üzərində də svastika simvolu həkk olunmuşdur.