Misirin Sinay yarımadasının şimalında ötən gün baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 305 nəfərə çatıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həlak olanlardan 27 nəfəri uşaqdır.Daha 128 nəfər isə xəsarət alanlar arasındadır.
Qeyd edək ki, ötən gün Əl-Ariş şəhərində məscidə hücum baş verib.