Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman İranın Ali dini lideri ayətullah Əli Xameneinin “Yeni Hitler” olduğu fikrini səsləndirib.
Axar.az xəbər verir ki, bu barədə vəliəhd “Nyu York Tayms” qəzetinə verdiyi müsahibəsində deyib.“Avropa Hitleri təcrübədən keçirib. Biz Yaxın Şərqdə yeni bir Hitler istəmirik”, - Məhəmməd bin Salman deyib.
Qeyd edək k, kral Salman Məhəmməd bin Naifin yerinə 31 yaşlı oğlu Məhəmməd bin Salman əs-Səudu iyul ayında vəliəhd təyin edib.