Berlin-Ankara xəttində yaşanan gərginlik normallaşmağa doğru gedir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakimm Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Mahir Ünal deyib. O bildirib ki, ölkəsi Almaniya ilə problem yaşamaq niyyətində deyil:“İndi baxın nə oldu? Almaniyada hökumət formalaşdırıla bilmir. İkinci Dünya müharibəsindən bəri ilk dəfə faşistlər parlamentdə yer qazandı”.
Qeyd edək ki, Türkiyənin referendum kampaniyaları ilə bağlı Almaniyada nəzərdə tutulan tədbir və konfranslar rəsmi Berlin tərəfindən ləğv edilmişdi. Bu səbəbdən iki ölkə arasında müəyyən gərginlik yaşanırdı.