Oklahoma ştatında tornado baş verib

Oklahoma ştatında tornado baş verib backend

ABŞ-ın Oklahoma-Siti şəhərində (Oklahoma ştatı) tornado baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Oklahoma-Siti şəhər aeroportunun bütün əməkdaşları və sərnişinlər hava limanından təxliyyə edilib.

Şəhərin cənub-qərb bölgəsində yaşayış evlərinə ciddi ziyan dəyib. Belə ki, güclü külək ağacları aşırıb, nəqliyyatın hərəkəti çətinləşib, elektrik naqilləri sıradan çıxıb.

Oklahoma-Sitinin yaxınlığında yerləşən Bric-Krik şəhərində 25, Amber şəhərində isə 10 ev dağılıb.

Təbii fəlakət Nebraska ştatında da fəsadlar törədib, güclü külək 15 evə ciddi ziyan vurub. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.
Diaspora