Süleyman Kərimov məhkəməyə gətirilib - FRANSADA

Süleyman Kərimov məhkəməyə gətirilib - FRANSADA backend

Fransada saxlanılmış rusiyalı senator Süleyman Kərimov Nitsa şəhərinin məhkəməsinə gətirilib. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, o, məhkəmə müstəntiqi ilə söhbət edib.

Prokuror Jan-Mişel Pretr bildirib ki, bu bir neçə saat davam edə bilər. “Dəqiq nə qədər davam edəcəyini heç kim bilmir. Məhkəmə müstəntiqi Kərimova ittihamın irəli sürülüb-sürülməyəcəyi barədə qərar qəbul etməlidir. Buna müvafiq olaraq, hakim qərar qəbul edəcək”, - prokuror qeyd edib.

Onun sözlərinə görə, Kərimovu həbs edə, eyni zamanda sərbəst də buraxa bilərlər. Lakin bu halda müəyyən şərt qoyulacaq – məsələn, ölkəni tərk etməmək şərtilə.