Türkiyə vətəndaşları tərəfindən törədilən cinayət Ukrayna mətbuatında yer alıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ukraynanın Odessa prokurorluğunun yaydığı açıqlamada, 4 Türkiyə vətəndaşının digər dörd türkə qarşı ayin hazırlayaraq başlarına sərt alətlərlə vurmaqla öldürdükdən sonra yandırdıqlarının məlum olduğu bildirilib.Cinayətin baş verdiyi meşədə satanistlərin istifadə etdiyi pentaqram simvolların, şamların və satanist ayinlərində istifadə olunan fərqli materialların tapıldığı qeyd olunub.
Cinayətkarların tutulduğu bildirilir, şübhəlilərin həm də insan ticarəti ilə məşğul olduqları müəyyənləşib.
