Rusiyanın KamAZ istehsalı olan zirehli avtomobili Qələbə Günündə nümayiş olunacaq. Şirkət qələbə paradında 9 KamAZ-53949 tipli modelini sərgiləməyi planlaşdırır.
Bu modelin ilk fotoları hələ 2013-cü ildə sosial şəbəkələrdə yayılıb. Zirehli vasitənin istehsalına 2018-ci ildən başlanacaq. Yeni zirehli avtomobil şəxsi heyətin və yüklərin daşınması üçün hazırlanıb. Hərbi maşının yük tutumu 2 ton, ümumi çəkisi isə 12 tondur.Avtomobildə 10 insan üçün yer müəyyən edilib. Dizel mühərriki ilə təchiz edilmiş hərbi maşın 350 at gücündədir. KamAZ-53949 tipli modelin şosedə maksimal surəti 100 km/saatdır.
Qeyd edək ki, Rusiyanın iri yük avtomobil istehsalçısı olan KamAZ ASC paradda daha iki modelini də nümayiş edəcək.