Ermənistan polisi panikadadır - Silahlı hücum gözlənilir

Ermənistan polisi panikadadır - Silahlı hücum gözlənilir backend

Ermənistanın Tavuş vilayətinin polis orqanları 1 həftədən çoxdur ki, gücləndirilmiş iş rejiminə keçib. Polis binalarının girişində silahlı şəxslər keşik çəkir.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb “Sasna Tsrer”in silahlı qrup üzvlərinin məhkəməsinin başa çatmasıdır.

Hakimiyyət məhkəmə qərarından sonra “Sasna Tsrer” tərəfdarlarının polis orqanlarına, şöbələrinə hücum edərək, İrəvandakı kimi polis bölməsini ələ keçirməsindən ehtiyat edir.