Ermənistanın "Metsamor" atom elektrik stansiyası (AES) bütün bölgə üçün real təhlükədir. Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Türkiyə Ermənistanın elektrik enerjisinə ehtiyacı olduğuna görə istismarı olduqca riskli olan bu AES-i görməzdən gəlməməlidir.Qeyd edək ki, "Metsamor" AES 1970-ci ildə tikilib. Mütəxəssislərin fikrincə, AES regiondakı seysmik aktivlik səbəbindən təhlükə daşıyır.