İraqda İŞİD-in son dayaq nöqtəsi təmizlənib

İraqda İŞİD-in son dayaq nöqtəsi təmizlənib backend

İraq ordusu və "Həşd Əş-Şaabi" qruplaşması İŞİD-in ölkədə son dayaq nöqtəsi olan Rava şəhərini tamamilə azad ediblər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu əməliyyatın komandanı Abdel Amir Yaralla açıqlayıb.

O bildirib ki, əməliyyat bir neçə saat əvvəl başlayıb, lakin artıq şəhərdə İraq bayrağı ucaldılıb.