Rus, türk və İran generalları görüşəcək - Ərdoğan

Rus, türk və İran generalları görüşəcək - Ərdoğan backend

Rusiya, Türkiyə və İran Baş Qərargah rəisləri arasında görüş keçiriləcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Onun sözlərinə görə, görüş üç ölkənin liderlərinin 22 noyabrda Soçidə keçiriləcək görüşündən əvvəl baş tutacaq.

O, görüşdə əsas müzakirə mövzusunun Suriya məsələsi olacağını bildirib.