İtaliyanın “Koza Nostra” mafiyasının qanlı lideri Toto Riina ömürlük həbs cəzası çəkdiyi Parma şəhərindəki həbsxanada 87 yaşında ölüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, son günlər mafiya lideri komada olub.Amansızlığına görə, “Yırtıcı” ləqəbi alan Riina ilə sağollaşmaq üçün İtaliya daxili işlər nazirinin göstərişi ilə onun həyat yoldaşı, 2 qızı və kiçik oğlu Salvatoreyə icazə verilib.
Toto Riinanın göstərişi ilə İtaliyada 100-dən artıq insan öldürülüb.
Qaziler.az türk mətbuatına istinadən bildirir ki, "Atalar atası", "Canavar" və boyuna görə "Qısa" ləqəbləriylə tanınan Riina ilk cinayətini 19 yaşında törədib.
İtaliya təhlükəsizlik orqanlarından 23 il boyunca qaçmağı bacaran bu illər ərzində evlənərəj 4 övlad atası olub.
Riina, 15 yanvar 1993-cü ildə yaxalanmış və cəza evinə göndərilmişdi.
