Türk ordusu Ağrı vilayətinin Eleşgird rayonunda əməliyyat keçirib.
Axar.az xəbər verir ki, rayonda müşahidə aparan türk əsgəri bölgədə terrorçuların mövqelərinə aviazərbələr endirib. Əməliyyat zamanı 3 terrorçu məhv edilib.Onların hücum hazırlığında olduğu bildirilib.