Serjə qarşı 100 min səs

Serjə qarşı 100 min səs backend

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) “Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) da qoşulub.

QAZİLƏR.AZ xəbər verir ki, bu barədə UABD-in sədri Hikmət Cavadov ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq Ukraynada yaşayan azərbaycanlılar bu barədə məlumatlandırılıblar: “Gənclər günü ilə bağlı keçirdiyimiz tədbirdə petisiyaya Ukrayna ictimaiyyətinin cəlb olunması yollarını müzakirə etdik. Ukrayna Azərbaycanlıları Gənclər Təşkilatının üzvlərinə petisiyaya qoşulmaq necə səs verməli olduqlarını izah edən vərəqələr paylandı. Bu gündən artıq təhsil ocaqlarında da məlumat yaymağa başladıq”. Qeyd edək ki, bu gündən başlayaraq UABD-ın saytında (aze.in.ua) petisiya ilə bağlı çağırış yerləşdirilib. Çağırışda deyilir:
"Sadəcə 30 saniyənizi sərf etməklə siz Ermənistanın prezidenti Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınmasına və 20 yanvar hadisələrini dünyaya çatdırılmasına dəstək ola bilərsiniz. Sadəcə yaradılmış petisiyaları girib e-mail ünvanınızı və adınızı yazaraq siz petisiyanı imzalamış olursunuz və sonda paylaşmağı unutmayın. 10 gün ərzində biz 100.000 imza toplamalıyıq".
Diaspora