Jirinovskidən Leninin mavzoleyi üçün UNİKAL TƏKLİF

Jirinovskidən Leninin mavzoleyi üçün UNİKAL TƏKLİF backend

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Leninin mavzoleyi barədə təkliflə çıxış edib.


Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, liberal demokratların liderinin fikrincə, mavzoley “qəbiristanlıq” olmamalıdır.

Moskva Dövlət Universitetinin tələbələri üçün mühazirənin gedişatında siyasətçi bildirib ki, Leninin bədəninin basdırılmasından sonra mavzoleydən “dövlət tribunası” kimi istifadə edilə bilər.

Qeyd edək ki, daha əvvəl televiziya aparıcısı, prezident seçkilərində namizəd olmağı planlaşdıran Kseniya Sobçak qələbə qazanacağı halda birinci fərmanla Leninin mavzoleydən götürüləcəyini bildirib. Jurnalistin ideyasını Vladimir Jirinovski, mədəniyyət naziri Vladimir Medinski, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov və Dövlət Dumasının deputatı Natalya Poklonskaya dəstəkləyib.