Azərbaycanlı iş adamı, müflis olduğunu elan edən Telman İsmayılov barədə beynəlxaq axtarış elan edilib.
Qaziler.az Cebhe.info-ya istinadən xəbər verir ki, Moskvadakı Çerkizov bazarının keçmiş sahibi iki nəfərin qətli ilə bağlı istintaq işi çərçivəsində axtarılır. Bundan əvvəl Bisman məhkəməsi onun həbsi barədə qiyabi qərar çıxarmışdı.
Sözügedən cinayət işi çərçivəsində T.İsmayılovun qardaşı Rafiq həbs edilib. İstintaqın versiyasına görə, iş adamı özü də 2016-cı ildə Novorijski şossesində törədilən qətllə əlaqəlidird. İstintaq artıq killerin Mehman Kərimov olduğunu müəyyən edib.
Qeyd edək ki, 2015-ci ildə Telman İsmayılov Rusiyanın 200 ən varlı iş adamı arasında 144-cü yeri tuturdu.