Noyabrın 12-də axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 372 nəfərə çatıb.
Trend-in IRINN telekanalına istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində təqribən 6000 iranlı xəsarət alıb.İraqın şimalında isə təbii fəlakət nəticəsində ölənlərin sayı 7-yə, yaralananların sayı isə 425 nəfərə çatıb.
Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.