İranda zəlzələdən ölənlərin sayı 339 nəfərə çatıb

İranda zəlzələdən ölənlərin sayı 339 nəfərə çatıb backend

İran-İraq sərhədində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 339 nəfərə çatıb, 2500-dən çox adam xəsarət alıb.

"Press TV" xəbər verir ki, bu barədə İranın təbii fəlakətlərə qarşı mübarizə üzrə Milli Təşkilatından bildirilib.

İSNA-nın məlumatına görə, 5346 nəfər xəstəxanalara çatdırılıb, onların bir hissəsi sonradan evə buraxılıb.