İŞİD-in İraqa vurduğu zərərin məbləği açıqlandı

İŞİD-in İraqa vurduğu zərərin məbləği açıqlandı backend

İŞİD-in İraqa vurduğu zərərin məbləği açıqlanıb.

A24.Az xəbər verir ki, bu haqda TASS agentliyi məlumat yayıb.

İraqın Baş naziri Heydər əl-Abadi Al Sumaria telekanalına müsahibəsi zamanı bildirib ki, İŞİD terror qrupu İraqa 100 mlrd. dollar dəyərində zərər vurub.

Əl-Abadinin bəyənatı hökumət qüvvələrinin İŞİD qruplaşmasının ölkədəki sonuncu forpostu olan Ənbar əyalətinin Suriya ilə sərhəddə yerləşən Rava şəhərinə hücumu fonunda səslənib.