Əvəvlcə sosial mediada, daha sonra peşəkar mətbuatda "Ritz Carlton"da tutulan Səudiyyə şahzadələrinə aid olduğu iddiası ilə yüz dəfələrlə paylaşılan şəkillərin liviyalı komediya ustası Çarbel Halilə məxsus olduğu ortaya çıxıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistandakı rüşvət əməliyyatından sonra ər-Riyadda yerləşən "Ritz Carlton"da tutulan şahzadə Velid bin Talal ilə kral ailəsinin mühafizə xidmətinin rəhbəri, nazir Mutaib bin Abdullaha aid olduğu iddia edillən şəkillər sosial mediada yüzlərlə dəfə paylaşılsa da, həqiqətin fərqli olduğu aydınlaşıb.
Şəkillərin mənbəyini açıqlayan Liviya mediası onların liviyalı rejissor və komediya ustası Çarbel Halilin Səudiyyə şahzadələrini canlandırmasının nəticəsi olduğunu yazıb. Daha öncə isə "Ritz Carlton"da çəkildiyi iddia olunan qısa bir videogörüntü yayılmışdı.
Ötən şənbə günü Səudiyyə Ərəbistanda başlayan əməliyyatlarda arasında 11 şahzadə, 4 nazir, çoxlu keçmiş nazirlər və holdinq sahiblərinin də olduğu 208 adam həbsə alınıb. Onlar 100 milyard dollar məbləğində rüşvətxorluq iddiası ilə saxlanılıblar.
Dünyanın ən varlı 100 nəfərindən biri olan şahzadə Velid bin Talal da gözaltına alınanlardan biri idi. Əməliyyatlar 32 yaşındakı vəliəhd şahzadə Məhəmməd bin Salmanın krallıqda hakimiyyti tamamilə öz əlində yığma cəhdi kimi qiymətləndirilir.