Makedoniyada etiraz aksiyaları: 20 nəfər xəsarət alıb

Makedoniyada etiraz aksiyaları: 20 nəfər xəsarət alıb backend

Makedoniyanın paytaxtı Skopye şəhərində hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 20 nəfər, o cümlədən 13 polis xəsarət alıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, aksiyalarda təqribən 2000 nəfər iştirak edib.

Etirazçılar zibil konteynerlərini və polis avtomobillərini yandırıblar. Asayiş keşikçiləri aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd edək ki, ölkənin əsas müxalif partiyası olan Sosial-Demokratik İttifaqın lideri Zoran Zayev Baş nazir Nikol Qruyevskini 22 yaşlı Martin Neşkovskinin qətl şəraitinin gizlədilməsində ittiham etdikdən sonra aksiyalara start verilib.

O, 2011-ci ilin iyununda qətlə yetirilib.
Diaspora