ABŞ-ın Florida ştatında üçüncü sinif şagirdi Kolston Moradini karandaş ağır yaralayıb.
Qaziler.az bildirir ki, bu barədə New York Post məlumat verib.Nəşrin yazdığına görə məktəbli bel çantasını çiyninə taxarkən çantanın yan cibinə qoyduğu yaxşı itilənmiş karandaş arteriyanı yaralayaraq demək olar ki, 10 sm-dək qoluna (qoltuqaltına yaxın) batıb.
Müəllimlər qan içində olan uşağa ilkin yardım göstərdikdən sonra onu xəstəxanaya yerləşdiriblər. Ciddi yara almasına, çox qan itirməsinə baxmayaraq Moradi səhəri gün məktəbə qayıdıb.