İstanbulun Sarıyer rayonundakı sahibsiz atlardan yazmağa gedən müxbir özü atın hücumuna məruz qalıb.
"Show Haber" müxbiri Özge Mayetin İstanbul, Sarıyer Çayırbaşındakı sahibsiz atlar haqqında yerində məlumat hazırlamaq üçün bu bölgəyə gedib. "Xəbərə getdi, xəbər oldu" ifadəsi burada özünü doğruldub.Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, müxbir anons çəkərkən sahibsiz atlardan birinin hücumuna məruz qalıb. O anlar kamera tərəfindən anbaan görüntülənib.