Donald və Melani Trampın 11 günlük Asiya turu davam edir.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti həyat yoldaşı ilə birlikdə Çinə yollanıb. Onların qatıldıqları tədbirlər təkcə qarşılanma ilə yox, Melaninin geyimləri ilə də səs-küy yaradır.Moda dərgiləri prezident xanımının geyimlərini müzakirəyə çıxarır, onun qiymətini araşdırırlar. Bu dəfə birinci xanım qırmızı xalıda qara uzun paltarda görünüb. Libasın üzəri Yapon ornamentləri ilə bəzədilib. "Dolce & Gabbana" brendinin kolleksiyasından olan paltarın dəyəri 3 min dollardır.