Putin Trampla sabah görüşəcək

Putin Trampla sabah görüşəcək backend

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Vyetnamda sabah, 10 noyabrda görüşəcək.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu jurnalistlərə Rusiya dövlətinin başçısının köməkçisi Yuri Uşakov deyib.

"İndi, hal-hazırda görüşün vaxtı razılaşdırılır, bu, ayın 10-da olacaq", - deyə Y.Uşakov bildirib.