Türkiyənin Bursa şəhərindəki tekstil zavodunda partlayış baş verib.
Trend-in məlumatına görə, partlayış zamanı dağıntılar qeydə alınıb.Əraziyə çox sayda təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.
Hadisə nəticəsində 5 nəfər ölüb, 4 nəfər yaralanıb.
Ətrafdakı binalara da ciddi ziyan dəydiyi bildirilir.
Əldə olunan məlumatlara əsasən qəza zavodda buxar qazanının partlaması nəticəsində törəyib.
"Milliyet" qəzetinin verdiyi məluamat görə, dağıntıların içində 9 nəfərin qaldığı bildirilir. Hazırda onların çıxarılması üçün xilasetmə tədbirləri həyata keçirilir.