Rusiyanin “Konstantin Bondarenko” gəmi-bərəsi 12 ekipajı ilə birlikdə Çin höküməti tərəfindən saxlanılıb. QAZİLER.AZ TASS-a istinadən xəbər verir ki, gəminin operatoru təmirin xərcini ödəməyib. Dənizçilərə 5 aydır ki, maaş vermir. Gəminin yeməyi, yanacağı və suyu qurtarıb. Bu barədə TASS-a Uzaq Şərq Assosiasoyasının kapitanı Pyotr Osiçanskiy məlumat verib.
“Biz hadisədən yalnız gəmi ekipajının qohumlarının həyəcan siqnalı qaldırandan sonra xəbər tutduq. “Konstantin Bondarenko”da olan 12 ekipaj üzvünün yaşı 50-dən yuxarıdır. Onların çoxuna tibbi ləvazimat, dərmanlar lazım olur. Sonuncu maaşlarını isə dekabrda alıblar. Kapitan onu da qeyd edib ki, gəminin 1 tona yaxın yanacağı, 2-3 günlük ərzağı və bir az suyu qalıb. Osiçanskonun sözlərinə görə, gəmi ekipajının qohumları nəqliyyat prokurorluğuna müraciət ediblər. Hazırda gəminin ekipaj üzvlərinin Rusiyaya gətirilmıəsi istiqamətində işlər görülür, amma bu bir qədər vaxt aparacaq.Gəmi haqda: “Konstantin Bondarenko” gəmisi 1986-cı ildə Yaponiya tərəfindən hazırlanan yedək gəmisidir. 2011-ci ildə məhz bu gəmi Maqadanda ekipajsız “Proqress” gəmisinin xilas edərkən yedək zənciri qırılmışdı. Nəticədə “Proqress” çevrilmiş, “Konstantin Bondarenko” gəmisi isə buz tələsinə düşmüşdü. Gəmini başqa yedək gəmisi oradan çıxarmışdı.
QAZİLER.AZ