Çexiya Prezidenti Miloş Zeman mayın 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.
Axar.az xəbər verir ki, bunu Çexiya Prezidentinin mətbuat katibi İrji Ovçaçek söyləyib.Onun sözlərinə görə, iki ölkənin lideri Çexiya və Rusiyanın iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək, həmçinin, Miloş Zeman Ukrayna böhranını həll etmək üçün Vladimir Putinlə ideyalarını bölüşəcək.
Qeyd edək ki, Zemanla Putinin görüşü Qələbə gününün 70 illiyi ilə əlaqədar mərasimdən dərhal sonra başlayacaq və təxminən 1 saat davam edəcək.