Ukraynanın Poltava vilayətində 4,6 bal gücündə zəlzələ olub. QAZİLƏR.AZ xəbər verir ki, bu haqda Ukrayna mətbuatı yazır. Bildirilir ki, əvvəllər Ukraynanın mərkəzi regionunda zəlzələ heç vaxt olmayıb.
"Bu gün səhər yerli vaxtla saat 8 radələrində Qodyaç (Poltava ərazisi) və yaxınlıqdakı kəndləri zəlzələ baş verib", - deyə bildirilir.EMSC-in (European-Mediterranean Seismological Centre) məlumatına görə 07:56-da 4,6 bal gücündə zəlzələ olub. Onun episentri Qodyaç şəhərindən 35 kilometr şimal-şərqə Sumsk ərazisinin Vasilyevka kəndi yanında olub.
Poltava qravimetrik rəsədxanasının əməkdaşları hadisənin təfərrüatlarını dəqiqləşdirirlər.