Ermənilər Gürcüstanda yolu bağlayıb etiraz etdilər

Ermənilər Gürcüstanda yolu bağlayıb etiraz etdilər backend

Gürcüstanın Axalkalaki rayonunun Dadeş kəndində yaşayan 40 nəfərə yaxın erməni etiraz aksiyası keçirib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onlar ötən gecə oğurlanmış mal-qaralarının tapılması tələbi ilə Kartsax-Axalkalaki avtomobil yolunu bağlayıblar.

Əraziyə polis əməkdaşları cəlb olunub. Bir neçə sakin danışıq aparmaq üçün polis bölməsinə gedib. Onlar oğurlanan heyvanlar tapılmayacağı təqdirdə etirazlarını davam etdirəcəklərini bildiriblər.