Bu gün axşam saatlarında anonim zənglər Rusiyanı yenə təşvişə salıb.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, “Böyük teatr”dan 700 insan təxliyyə olunub.Bundan başqa, daha bir neçə ticarət mərkəzi və mehmanxana boşaldılıb.
Xatırladaq ki, Rusiyada anonim zəng dalğası sentyabrın 11-dən başlayıb. O vaxtdan bəri ölkənin müxtəlif şəhərlərində 1,4 milyona yaxın insan təxliyyə edilib.