Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının növbəti iclası Rusiyanın baş naziri Dmitri Medvedevin sədrliyi ilə 3 noyabrda Daşkənddə keçirilib.
Virtualaz.org-un məlumatına görə, iclasın gedişatında kuryoz hadisə yaşanıb – Ermənistanın baş naziri Karen Karapetyanın qarşısına Ermənistanın çevirilmiş bayrağı qoyulub.Qeyd edək ki, bu iclasda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.