Ankarada sui-qəsd nəticəsində öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun istintaqında şok detallar üzə çıxıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.Prokurorluq Andrey Karlovu qətlə yetirən Mövlud Altındaşın elektron poçt ünvanına sonuncu dəfə Şimali Kiprdə bir tələbə yataqxanasından daxil olunduğunu və məlumatların silindiyini aşkar edib. İstintaq çərçivəsində yataqxanda qalan 300 tələbə barəsində araşdırma başladılıb.
Qeyd edək ki, Mövlüd Altındaşın telefonunun şifrəsini qırmaq üçün prokurorluq “Əpl” şirkətinə müraciət etsə də, rədd cavabı alıb.