Latviya Rusiya ayılarının basqınından şikayətlənir

Latviya Rusiya ayılarının basqınından şikayətlənir backend

Latviya meşələrində Rusiyadan və Estoniyadan gələn ayılar məskən salır və yerli yırtıcıların təbii yaşayış mühitində sıxlıq yaradırlar.

Qaziler.az bildirir ki, bunu LA.lv portalı yazır.

Nəşrin yazdığına görə, adətən Latviya meşələrində cəmi 10 ayı qışlayır. Lakin bu il ölkədə 50-ə yaxın yırtıcının izlərinə rast gəlinib ki, bu da əsasən ölkənin şimal-şərq sərhədi boyunca qeydə alınıb. Latviya dövlət meşə tədqiqatları institutunun əməkdaşı Yanis Ozolinş deyir ki, ayılar çox sayda arı yeşiklərini dağıdıb, ev heyvanlarını parçalayıblar. Ayıları bir çox yerli sakin də görüb.