Leninin dəfn olunmağını istəyən Kadırova Duma deputatı dəstək verdi

Leninin dəfn olunmağını istəyən Kadırova Duma deputatı dəstək verdi backend

Çeçenistan prezidenti Ramzan Kadırov Leninin çoxdan dəfn edilməli olduğunu deyərək qeyd edib ki, kommunizm liderinin cəsədi uzun müddət əvvəl dəfn edilməli idi, bu qərar "həm məqbul, həm də humanist" olardı.

Qaziler.az Gazeta.ru-ya istinadən bildirir ki, onun bu fikrini Dövlət Dumasının deputatı Natalya Poklonskaya öz facebook hesabında dəstək verib. Dumanın deputatı da Oktyabr inqilabının lideri Vladimir İliç Leninin dəfn olunmasını istəyir.

Onun sözlərinə görə, bu qərarla Rusiya keçmişin çevrilmiş səhifəsindən sonra inkişafının yeni mərhələsi başlayacaq və tarixin dərslərindən nəticə çıxarmaqla irəli getməyə hazır olacaq.