Türkiyədə 11 gün ərzində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşması ilə əlaqədə şübhəli bilinən 283 nəfər tutulub.
“CNN Türk” xəbər verir ki, bu barədə Polis İdarəsi məlumat yayıb.İnformasiyaya əsasən, əməliyyat 25 əyalətdə 22 oktyabr-1 noyabr tarixləri arasında keçirilib. Bu müddət ərzində keçirilən antiterror əməliyyatları nəticəsində Türkiyənin 96, xarici dövlətlərin isə 187 vətəndaşı tutulub. Beləliklə, 11 gün ərzində 283 şübhəli saxlanılıb.