Ərəb mətbuatı xəbər verir ki, İsrail gecə saatlarında Sudanı raketlərlə bombalayıb. Bombalanma Xartum şəhəri yaxınlığındakı Umm-Darman zavodunun ərazisində baş verib. QAZİLER.AZ saytı “Əl-Ərəbi Əl-Cədid” qəzetinə istinadla bildirir ki, Sudan hərbçiləri xəbər veriblər ki, bombalanmadan spnra Umm Darman yanan dirəyə bənzəyirdi. Yerli sakinlər bildirirlər ki, Xartumda “Yəmən Tudey” qəzetinin ofisi də fəaliyyət göstərir.
2 il yarım əvvəl də Xartuma atılmış bomba şəhərdəki Yarmuk fabrikini partlatmışdı. Bir neçə saat sonra isə Sudan hərbçiləri bildirmişdilər ki, hücumu İsrail təşkil edib.QAZİLER.AZ