İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinin müstəqilliklə bağlı qərarını ləğv edib.
NTV xəbər verir ki, məhkəmə qərarının açıqlandığı dəqiqələrdə Brüsseldə olan Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon dialoq başlayarsa, müstəqillik qərarını təxirə sala biləcəklərini bəyan edib. O, Brüsselə getməsinin səbəblərini də açıqlayıb: "Mən bura legitim rəhbər kimi gəlmişəm. Kataloniya problemini Avropanın qəlbində anlatmaq istədim. İspaniya məhkəməsinin cinayətləri deyil, fikirləri mühakimə etdiyini göstərmək üçün gəldim".
Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub.