Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar Ermənistanda bütün boyu ilə özünü göstərir.
Yeni ilin ilk ayında Ermənistanda rəsmi işsizlik səviyyəsi 20 faizə çatıb.2014-cü ilin dekabr ayının sonuna olan məlumatlara görə, Ermənistanda işsizlərin sayı 17,9 faiz (55,9 mindən 65,9 minədək) artıb. Bunu Ermənistanın Dövlət Məşğulluq Xidməti" agentliyinin rəhbəri Artak Manqasaryan açıqlayib.
Onun sözlərinə görə, 2015-ci il yanvarın 1-nə iş axtaranların sayı 2014-cü ilin əvvəli ilə müqayisədə artaraq 72,6 min nəfər təşkil edib: "Bunlardan 51,2 mini qadın, 16,9 mini isə gəncdir".
A.Manqasaryan qeyd edib ki, işsizlərin sayı iş axtaranların ümumi sayının 91,4 minini təşkil edir.