Dudayev batalyonunun komandirinə qarşı sui-qəsd - HƏYAT YOLDAŞI ÖLDÜRÜLDÜ

Dudayev batalyonunun komandirinə qarşı sui-qəsd - HƏYAT YOLDAŞI ÖLDÜRÜLDÜ backend

Ukraynanın paytaxtı Kiyevin Qlevaxa qəsəbəsi yaxınlığında milliyyətcə çeçen Adam Osmayevin avtomobili gülləbaran edilib.

Qaziler.az xəbər verir ki, Ukraynada Adam Osmayevə qarşı artıq ikinci dəfədir ki, sui-qəsd təşkil olunur. O özü hücumun təfərrüatları haqqında jurnalistlərə məlumat verib. LB.ua-ya müsahibəsində Cövhər Dudayev adına çeçen batalyonunun komandiri həyat yoldaşı Əmina Okuyevanın hadisə yerində öldüyünü təsdiqləyib: “Güllələr maşının mühərrikinə dəymişdi, maşın dayanmışdı. İlk olaraq Əminəyə kömək etmək istədim, lakin onu başından vurmuşdular“.

Osmayev ona və həyat yoldaşına qarşı törədilən sui-qəsddə bir neçə terror təşkilatının əli olduğu ehtimalına inandığını bildirib.